Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Ağdamda aparılan layihələrin həcmi məni heyrətləndirdi”

Baxılıb: 501     Tarix: 01-04-2022 11:18   

“12 ay ərzində Ağdamda aparılan minatəmizləmə, yenidənqurma və infrastruktur layihələrinin həcmi məni heyrətləndirdi”.
Qanunvehedef.az xəbər verir ki, bunu “MAG” təşkilatının regional direktoru Adam Komarovski jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
O bildirib ki, minatəmizləmə fəaliyyəti üzrə beynəlxalq konfrans olduqca əhəmiyyətlidir: “Bu konfrans vasitəsilə Azərbaycanda minatəmizləmə və minalarla bağlı son vəziyyəti öyrənəcəyik. Azərbaycan hökuməti tərəfindən çox böyük həcmdə işlər görülüb. Burada bizim təşkilat və digər təşkilatlar tərəfindən Azərbaycana minatəmizləmə prosesində necə kömək edəcəyimizin imkanlarını nəzərdən keçiririk”.
Komarovski qeyd edib ki, ötən ilin aprelində Ağdamda olub, bu il də oraya səfər etmək imkanı əldə edib: “Ağdamda aparılan yenidənqurma və infrastruktur layihələrinin həcmi məni heyrətləndirdi. Biz şirkət olaraq ANAMA-nın 20 əməkdaşına təlimlər keçirik. Bizim 2 beynəlxalq ekspertimiz hazırda Horadizdə fəaliyyət göstərir”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar