“Ukraynanı güzəştlərə təhrik edə bilərlər” - Conson Zelenskiyə Putinlə bağlı xəbərdarlıq edib
Baxılıb: 648 Tarix: 01-04-2022 13:03
“Böyük Britaniya narahatdır ki, ABŞ, Fransa və Almaniya Ukraynanı güzəştlərə getməyə və tez bir vaxtda sülh müqaviləsi bağlamağa təhrik edə bilərlər”.
Qanunvehedef.az xəbər verir ki, bunu İngiltərənin “The Times” dərgisi Böyük Britaniya hökumətindəki mənbələrinə istinadla bildirib.
Məlumatda deyilir ki, Boris Conson hökuməti rəsmi Kiyevin indiki vəziyyətdə güzəştlərə gedərək, Rusiya ilə sülh müqaviləsi bağlamasına tərəfdar deyil. Onun fikrincə, Ukrayna daha güclü mövqelərə malik olduqdan sonra müqavilə imzalanmasına getməlidir. Əks halda, Rusiya Ukraynadan tələb etdiyi bir çox güzəştlərə nail ola bilər.
“The Times” yazır ki, Boris Conson Zelenski ilə telefon söhbətində Ukrayna Prezidentini xəbərdar edərək, “Putin yalançıdır və danışıqlarda sizi əldən salaraq, güzəştlərə getməyə vadar edəcək” deyib.
Zelenski isə öz növbəsində Rusiya tərəfinin danışıqlardan öz silahlı qüvvələrini yenidən qruplaşdırmaq və yerdəyişməsini həyata keçirmək üçün istifadə etməsindən narahatlığını bildirib.
Onu da qeyd edək ki, bir neçə gün öncə Boris Conson atəşkəs razılığının əldə olunmasının Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün yetərli olmayacağını bildirib.
Ən çox oxunanlar
Son xəbərlər