Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mariupolda 200 metr uzunluğunda kütləvi məzarlıq aşkarlanıb – FOTO

Baxılıb: 274     Tarix: 27-04-2022 16:15   

Mariupol şəhəri yaxınlığında üçüncü kütləvi məzarlıq aşkarlanıb. 
Qanunvehedef.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Mariupol şəhər meri Vadim Boyçenko məlumat yayıb: “Kütləvi məzarlıq Mariupolun Starıy Krım kəndində aşkar edilib. Peyk görüntülərinə əsasən aprelin 24-də kütləvi məzarlığın qazıldığı görünür. Məzarlığın uzunluğu təxminən 200 metrə yaxındır”.
Onun sözlərinə görə, Rusiyanın hücumlarının başladığı gündən bu yana 20 minə yaxın Mariupol sakini həyatını itirib: “Mariupolda vəziyyət gərgin olaraq qalır. Rus ordusu Ukrayna əsgərləri və mülki şəxslərin yerləşdiyi Azovstal polad zavodunu da bombalayıb”.
Xatırladaq ki, daha öncə Mariupol yaxınlığındakı Manhuş və Vynohradne kəndlərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar