Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradıldı

Baxılıb: 243     Tarix: 29-04-2022 10:18   

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.
Bu barədə Qanunvehedef.az-a BŞİH Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də  daxil edilib.
Komissiya Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.
Artiq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar