Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

RUSİYA NATO-ya AİD NƏQLİYYAT VASİTƏLƏRİNİ VURACAQ - Şoyqudan açıqlama

Baxılıb: 247     Tarix: 04-05-2022 14:26   

Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silahla təchiz etməkdə davam edirlər. Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, - Şoyqu vurğulayıb.
Onun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri cəsarət və şücaət göstərir, öz hərbi borcunu şərəflə yerinə yetirirlər, Donbass əhalisinin təhlükəsizliyini təmin edirlər.
“Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, - müdafiə naziri əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2