Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Saakaşvili klinikaya köçürülür

Baxılıb: 403     Tarix: 12-05-2022 10:47   

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı 12 saylı Rustavi həbsxanasından klinikaya köçürülür.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “İnterpressnews” yayıb.
Bildirilir ki, bir qədər əvvəl bir neçə maşın həbsxananın ərazisini tərk edib.
Bununla yanaşı, Saakaşvilinin köçürülməsi planlaşdırılan “Vivamed” klinikasının ərazisi sarı lentlə əhatəyə alınıb.
Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.
Gürcü siyasətçi ötən həftələrdə məhkəmə prosesi zamanı qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsərək həkim yardımı tələb edib.
Qeyd edək ki, M. Saakaşvili 6 il müddətinə həbs olunub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar