Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İtaliya səfiri İrəvanda qəzaya düşdü

Baxılıb: 236     Tarix: 20-05-2022 11:54   

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo İrəvanda qəzaya düşüb.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın İrəvandakı səfirliyi yayıb.
Məlumata görə, qəza mayın 19-u 16:00 radələrində Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.
Belə məlum olub ki, sözügedən ərazidə “Mersedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.
Qəzadan sonra səfir Di Rizo xəstəxanaya çatdırılıb.
Ermənistan polisinin Mətbuat xidməti isə qəzada xəsarət alan sərnişinin şəxsiyyətini açıqlamayıb. Məlumatda yalnızca qeyd olunub ki, “Audi” markalı avtomobildə olan 57 yaşlı sərnişin travma aldığından xəstəxanaya yerləşdirilib.шаблоны для dle 11.2