Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi - Video

Baxılıb: 318     Tarix: 20-05-2022 12:21   

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR-Petroleum" QSC-nin Gəncə Neft terminalında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
Qanunvehedef.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər, Samux və Göygöl rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.






  шаблоны для dle 11.2