Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Brüsseldə daha bir Əliyev-Paşinyan görüşü olacaq – Avropa İttifaqının növbəti cəhdi

Baxılıb: 222     Tarix: 20-05-2022 15:32   

 Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də Brüsselə işçi səfər edəcək. Paşinyanın ofisindən verilən məlumata görə Baş nazir həmin gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməlidir.
Məlumatda bu da deyilir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Şarl Mişelin iştirakı ilə daha bir üçtərəfli görüş planlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəlki Əliyev-Paşinyan-Mişel görüşü aprelin 6-da baş tutmuşdu. Həmin görüşdə ölkə liderləri aprelin 30-dək sərhədin delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəlsələr də, bu istiqamətdə hələki əhəmiyyətli addım atılmayıb. Rəsmi Bakı komissiya üzvlərini müəyyənləşdirdiyini bəyan etsə də, İrəvandan hər hansı cavab olmayıb. Daha sonra Baş nazir, xarici işlər naziri ardıcıl Rusiya ziyarətlərini gerçəkləşdirib və Brüsseldə sülh müqaviləsi ilə bağlı əldə olunmuş pozitiv gözləntilər aradan qalxıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar