Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Baxılıb: 597     Tarix: 26-05-2022 13:25   

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq.
İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı əhatəli məsləhətləşmələr aparılacaq.
Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi Ankaranın bununla bağlı “yol xəritəsi” müzakirə ediləcək.
Eyni zamanda Rusiya-Ukrayna müharibəsi, habelə İraq, Liviya, Cənubi Qafqaz və Şərqi Aralıq dənizindəki proseslər barədə fikir mübadiləsi aparılacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2