Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nə qədər ərazi minalardan təmizlənib?

Baxılıb: 547     Tarix: 01-06-2022 10:37   

Ötən ay azad edilmiş ərazilərimizdə 2300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18 600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar