Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Zatulin Qarabağ separatçıları ilə niyə görüşüb? - "Yeni təxribatlar hazırlaya bilərlər"

Baxılıb: 467     Tarix: 07-06-2022 14:57   

Qarabağ münaqişəsi başlayandan özünü Azərbaycanın qatı düşməni kimi təsdiq edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB məsələləri üzrə sədr müavini Kostantin Zatulin iyunun 1-dən 4-dək Ermənistanda səfərdə olub.
Zatulinin səfəri ilə bağlı məlumatda deyilir ki, “səfərin məqsədi mövcud ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış olmaq olub”.

Amma 4 günlük səfəri zamanı Zatulin təkcə Ermənistan rəsmiləri ilə deyil, Qarabağ separatçıları ilə də görüşlər, müzakirələr aparıb. Məlumatda bildirilib ki, Konstantin Zatulin "dqr"-ın bütün keçmiş "prezidentləri" -  Robert Köçəryan (1998-2008-ci illərdə Ermənistan Respublikasının prezidenti), Arkadi Qukasyan, Bako Saakyanla görüşüb. Eləcə də deputatın  "dqr"- ın hazırkı prezidenti Arayik Arutyunyan,, Rusiyanın  Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov və  "dağlıq Qarabağın rus icması"nın rəhbəri Aleksandr Bordovla da danışdığı bildirilib.

Zautulinin səfərini və görüşlərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Ukraynada müharibənin qızğın çağında Zatulinin İrəvana səyahəti həvəskar tamaşar ola bilməz. 


 Onun sözlərinə görə, Kreml Ukraynadakı qondarma “xüsusi əməliyyatı” ilə məşğul olsa da, Qarabağı da diqqətdən kənarda qoymur.
“Ermənistanda etiraz küçə nümayişləri hələ də gözlənilən nəticəni vermədiyindən, Moskva “oduna yağ tökmək” və gərginliyin növbəti dəfə artmasına nail olmaq üçün öz emissarlarından birini İrəvana göndərmək qərarına gəlib” - deyə, ekspert vurğulayıb.

Ekspert səfərlə bağlı xüsusi vurğulanan məqamlara diqqət çəkib: “Bəs niyə məhz “dqr”ın keçmiş və indiki prezidentləri ilə? Əgər rusiyalı deputat həqiqətən də Ermənistandakı ictimai-siyasi vəziyyətlə tanış olmaq istəyirdisə, hansı məqsədlə “dağlıq Qarabağ” liderləri ilə görüşür? Zatulin İrəvanla maraqlanmır, Qarabağ separatçılarına yenidən “sevgi elan etmək” üçün “yoldan çıxır”. Üstəlik, Rusiya hərbi kontingentinin komandiri və bədnam “rus icması”nın rəhbəri ilə görüşlər Zatulinin səfərinin “dolğunluğundan” danışır və yəqin ki, tezliklə Xankəndində əks-səda verəcək. Rusiyanın növbəti təxribatının birbaşa Xankəndi ilə bağlı olması ehtimalı daha çoxdur"

İlham İsmayılın fikrincə, Zatulin separatçıların keçmiş rəhbərləri ilə birlikdə Xankəndində yeni təxribatlar hazırlamaq niyyətində ola bilər: "İlk növbədə, Qarabağ separatçılarının ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da təkrar etdikləri Rusiyaya müraciətini gözləmək olar”.

İlham İsmayıl deyir ki, Zatulinin separatçılara Nikol Paşinyanın Azərbaycanla danışıqlarının “qeyri-qanuni” olmasını bəyan etmələrini,  Qarabağın “rus icması”na isə Rusiya vətəndaşlığını almaqla bağlı Moskvaya müraciət göndərmələrini tapşıra bilər. Həmçinin Qarabağ ermənilərinə də bununla həmrəy olaraq analoji müraciət etmək tapşırığı verdiyini  ehtimal etmək olar: “Rusiya hərbi kontingentinin komandirinin İrəvan görüşünə dəvət olunmasına gəlincə, şübhəsiz ki, Zatulinin niyyəti separatçı liderlərin Azərbaycan sərhədini qanunsuz keçməsinə şərait yaratmaq, Xankəndində müvafiq tədbirlər keçirmək, bəlkə də onları təhlükəsizlik zəmanətləri ilə təmin etməkdir. Azərbaycan Xarici İşlər Nazirliyi Konstantin Zatulinin İrəvana səfərinə və keçirdiyi görüşlərə kəskin etirazını bildirməli, bu cür təxribatçı addımların iki ölkə arasında münasibətlərə vurduğu ziyanı vurğulamalıdır. Brüsseldə əldə olunmuş razılaşmaların, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həyata keçirilməsi üçün ikitərəfli komissiya çərçivəsində Qarabağ probleminin yekun həlli məsələlərinin dərhal ətraflı müzakirəsinə başlamaq lazımdır”.

Qanunvehedef.azшаблоны для dle 11.2