Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İrəvanda silahlı basqın, külli miqdarda pul oğurlandı

Baxılıb: 559     Tarix: 13-06-2022 13:40   

İrəvanda yerləşən “Yerevan City” supermarketində yerləşən valyutadəyişmə məntəqəsinə maskalı naməlum şəxs hücum edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Shamsyan.com saytı məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə bazar günü 22:45 radələrində baş verib. Cinayətkar valyutadəyişmə məntəqəsinə daxil olduqdan sonra, işçini qumbara ilə hədələyərək kassanı ona verməsini tələb edib. O, pulu alan kimi hadisə yerindən uzaqlaşıb.
Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.
Məlumata görə, hadisə nəticəsində valyutadəyişmə məntəqəsindən 4 milyon 500 min dram (təxminən 15,300 manat) pul oğurlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar