Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ÖLDÜRÜLƏN RUS ƏSGƏRLƏRİNİN VƏ SEPARATÇILARIN SAYI AÇIQLANDI - Ukrayna ordusu bu istiqamətdə irəliləyir

Baxılıb: 595     Tarix: 22-06-2022 14:53   

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 34 230-a yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiya tərəfinin 1 496 ədəd tankı, 3 614 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd reaktiv yaylım atəş sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 182 ədəd helikopteri, 2 543 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 614 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.

Bu arada Ukrayna müdafiəçiləri uğurla müvəqqəti işğal olunmuş Xersona doğru irəliləyir və Rusiya ordusunu ikinci və üçüncü müdafiə səddindən sıxışdırır.

Bu barədə Müdafiə və mühafizə qüvvələri mətbuat mərkəzinin başçısı Yuqa Natalya Qumenyuk «24 kanal»da danışıb.

«Bizim ordunun cənub istiqamətində Xersona doğru hərəkəti kifayət qədər uğurludur. İşğalçılar üçün çox çətindir. Artıq ikinci və üçüncü müdafiə səddinin qırılmasına qüvvələr sərf olunub, çünki hətta biz, onlardan da düşməni sıxışdırırıq. Biz, irəliləyirik» - o, bəyan edib.
 
Ukrayna Prezident Volodimir Zelenski də axşam müraciətində bilditib ki, Ukraynalı müdafiəçilər Luqansk vilayətində müdafiəni gücləndirir və Xerson vilayətini tədricən azad edirlər.

"Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib. Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir. Həqiqətən də orda hazırda vəziyyət daha ağırdır. İşğalçılara çox ciddi təzyiqlər göstərirlər. Onlara Donetsk istiqamətində, Xarkov vilayətində də təzyiqlər göstərilir”, - Prezident bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın “amansız” və “həyasız” artilleriya atəşi işğalçılara heç nə verməyəcək, düşmən ordusu istənilən rasionallığa “kardır”: “İşğalçılar sadəcə dağıdır, öldürürlər və bununla da guya yerlərində dayanmadıqlarını komandanlığa göstərirlər”.

"Cənubda Nikolayev vilayətimizi, Zaporojye əyalətini müdafiə edir, Xersonu tədricən azad edirik", - Prezident vurğulayıb.


Böyük Britaniya müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında isə bildirilib ki, Rusiya şimalda İzyum və cənubda Popasna istiqamətlərində intensiv atəşi davam etdirir. Rusiya, çox güman ki, Donbasa çoxlu sayda ehtiyat hissələri yerləşdirməyə hazırlaşır.

“Rusiya hakimiyyəti martın 25-dən bəri Ukraynada verdiyi hərbi itkilərinin ümumi sayını açıqlamayıb. Amma qondarma "Donetsk Xalq Respublikası" öz qüvvələrinin itkiləri ilə bağlı məlumatlar dərc edir. İyunun 16-na olan məlumata görə, "DXR" 2022-ci ilin əvvəlindən 2 128 hərbi qulluqçunun döyüşdə həlak olduğunu və 8 897 nəfərin yaralandığını etiraf edib. Separatçı rejimin itkisi mövcud qüvvələrin təxminən 55 faizinə bərabərdir. Bu da Rusiya və Rusiyameyilli qüvvələrin Donbasda ağır durumla üzləşdiyini göstərir. Çox güman ki, "DXR" qüvvələri köhnəlmiş silah və texnika ilə təchiz olunub”, - məlumatda bildirilib.

Qanunvehedef.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar