Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda bu məkanlara maskasız giriş qadağan edildi - Sərtləşdirmə başlayır?

Baxılıb: 655     Tarix: 20-07-2022 11:39   

Bu gündən məhkəmələrə giriş zamanı tibbi maskadan istifadə tələb olunur. Oxu.Az xəbər verir ki, maska tələbinə səbəb son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etməsidir.
Belə ki, bu gündən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin işçilərinə, eləcə də məhkəmə binasına daxil olan şəxslərin tibbi maskadan istifadə etməsi tapşırılıb. Binaya maskasız daxil olmağa icazə verilmir.
Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.
Məlumatda qeyd edilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur: “Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu tövsiyələrə uyğun olaraq, eyni zamanda məhkəmə iclas zallarında sıxlıqla əlaqədar tibbi maskalardan istifadə etməyi məhkəmə istifadəçilərinə tövsiyə edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə artıq bu gündən bütün məhkəmə istifadəçiləri üçün maskadan istifadə məcburidir”.

Qanunvehedef.azшаблоны для dle 11.2