Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ƏRDOĞAN PUTİNDƏN QİSASINI ALDI...

Baxılıb: 494     Tarix: 20-07-2022 15:37   

 Ötən gün Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə Prezidentlərinin ikili görüşü dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.
Qanunvehedef.az Britaniyanın "The Guardian" nəşrinə istinadla xəbər verir ki, Rusiya və Türkiyə liderlərinin görüşü öncəsi Ərdoğanın dəqiqələrlə Putini gözlətməsi Astana zirvəsinə damğa vurub.

 
Qəzet yazır ki, Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi mövqeyini möhkəmləndirmək istəyən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla razılaşmayan, eyni zamanda Ukraynanı dəstəklədiyini açıqlayan Ərdoğan Putinlə görüşə çox gec qoşulub.
Ərdoğanı gözləyərkən kameralar qarşısında çətin vəziyyətə düşən Putinin qəribə hərəkətlərə yol verdiyi qeyd olunur. Kadrlardan Putinin əlləri və ayaqlarıyla kiçik hərəkətlər etdiyi və üz ifadələrindən narahat olduğu görünür.


"The Guardian" xatırladır ki, 2020-ci ildə Moskvada Ərdoğan və nümayəndə heyətini dəqiqələrlə qapıda saxlayan Putin indi özü eyni vəziyyətlə üzləşib. Belə “ağıl oyunları”nı sevən Putinin keçmişdə Almaniyanın kansleri Angela Merkeli, Fransa Prezidenti Emmanuel Makronu, və Böyük Britaniya kraliçası II Elizabeti dəqiqələrlə gözlətdiyi bildirilir.
Britaniya mediasının xəbərinə görə, Ərdoğan bu yolla Putindən 2020-ci ildə Moskvada baş verənlərin qisasını alıb.


Vladimir Putin Tehranda Rəcəb Tayyib Ərdoğanı 45 saniyə gözləməyə məcbur olub.
"Gözlətmə mərasimi" 2 prezident arasında özünəməxsus bir ənənəyə çevrilib.
Belə ki, 2016-cı ildə Ərdoğan Putini gözlədib, 2020-ci ildə Kremldə Putin Ərdoğanı qapıda 2 dəqiqə gözlədib.
Müşahidəçilər qeyd edirlər ki, hal hazırda hesab 2:1 Ərdoğanın xeyrinədir
????шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar