Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mövqelərimiz atəşə tutuldu

Baxılıb: 676     Tarix: 09-09-2022 09:59   

Sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar