Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

RUSİYA KİYEVİ VƏ DAHA 3 VİLAYƏTİ BOMBALAMAĞA BAŞLADI

Baxılıb: 640     Tarix: 10-10-2022 10:26   

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.
"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış baş verib.
Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.
Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.
Bu xəbəi Kiyevin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.
Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumatlar dəqiqələşdirilir.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.
UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.
Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar