Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-ın Azərbaycandakı səfirliyi amerikalılara xəbərdarlıq etdi

Baxılıb: 678     Tarix: 07-01-2020 08:40   

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.Virtualaz.org bildirir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.
Səfirlik ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb: "Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb".
Amerikalılara öz ətraflarına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əlçatan yerlərdə saxlamaq tövsiyə edilib.
Bundan əlavə, fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar