Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Deputatlığa namizədlər üçün son gün - MSK sədrindən tövsiyə

Baxılıb: 713     Tarix: 10-01-2020 10:59   

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.
Qanunvehedef.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.
Bundan əlavə, yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-na qədər hazırlanmalıdır.
Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlərə sənədləri vaxtında, yəni yanvarın 10-u saat 18:00-a qədər dairə seçki komissiyalarına təqdim etməyi tövsiyə edib. MSK sədri bildirib ki, qanunvericilikdə nəzərdə tutulan vaxtda təqdim edilməyən sənədlər qəbul edilməyəcək.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar