Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub

Baxılıb: 926     Tarix: 17-01-2020 12:43   

“Numbeo” statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.
“Report” xəbər verir ki, “yaşayış dəyəri indeksi”nə görə dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəri olub.
Ümumiyyətlə, ən bahalı şəhərlər reytinqində TOP-5-i İsveçrə şəhərləri - Bazel, Lozanna, Cenevrə və Bern tutub.
Sonrakı sıralarda Norveçin Stavanger, Oslo və Tronheym şəhərləri qərarlaşıb. Dünyanın ən bahalı şəhərlərinin ilk “10-luğ”unu İslandiyanın Reykyavik və Norveçin Bergen şəhərləri tamamlayır.
Azərbaycanın paytaxtı Bakı isə reytinqdə 390-cı yeri tutub.
Moskva (251-ci yer) Rusiyanın, Tehran (285-ci yer) isə İranın ən bahalı şəhəri kimi reytinqdə yer alıb.
Sıralamada həmçinin Türkiyənin bir neçə şəhəri – İstanbul (325 yer), Bursa (360), Ankara (362), İzmir (377) və Antalya (387) da yer alıb.
Siyahıda ümumilikdə 440 şəhər var.
Qeyd edək ki, “Numbeo”nun “yaşayış dəyəri indeksi” mağazalardakı və restoranlarındakı qiymətlər, nəqliyyat xərcləri, kommunal xidmətlər və yerli əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar