Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib

Baxılıb: 909     Tarix: 21-01-2020 10:02   

“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının sədri dəyişib.
“Report” xəbər verir ki, indiyə qədər Şuraya rəhbərlik edən Asəf Hüseynovvəzifəsindən azad edilib, onun yerinə isə Fərid Abuşov seçilib.
A.Hüseynov ötən ilin noyabr ayına qədər “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini olub, 3 aydır ki, “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İH-nin üzvü kimi fəaliyyət göstərir. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.



{sape_links}{sape_article}