Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şəkinin kəndində qonur ayı göründü - VİDEO

Baxılıb: 1 135     Tarix: 11-06-2020 08:24   

Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.
Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.
Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.
Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.
Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar