Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda polis olduğu deyilən şəxsdən anasına qarşı iyrənc əməl

Baxılıb: 971     Tarix: 01-09-2020 09:38   

Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.
"Report" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya "ananı söyməzlər..." ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.
Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.
Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin "Report"un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar