Xəbər lenti
29/04/2024 [15:15]
Sabaha olan hava PROQNOZU
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DEPUTAT Rüfət Quliyevdən SƏRT TƏNQİD

Baxılıb: 789     Tarix: 04-09-2020 14:34   

Xəbər verdiyimiz ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev taksi xidməti ilə bağlı vahid tarif sisteminin tətbiqi və vahid dispetçer mərkəzinin yaradılması təklifi böyük narazılıq doğurub.

 Rüfət Quliyev bildirib ki, taksilərin qiymətinin standartlaşdırılması ilə bağlı iddialar var:
"Bunun da adını qoyublar ki, yeni gələn qırmızı taksiləri müdafiə etmək. Mən bunun qəti əleyhinəyəm. Cənab prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, bu gün dövlətin əsas məqsədi insanların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Məndə olan məlumata görə Bakıda pandemiyadan əvvəl 70 min taksi sürən vətəndaşımız var idi, indi isə 40 minə yaxındır.
Əgər 70 min insan taksi fəaliyyəti ilə məşğul olub dolanırsa biz bunu alqışlamalıyıq. Bütün dünyada taksi fəaliyyəti var. Mən taksilərin qiymətinin qaldırılmasının tam ələyhinəyəm. Hesab edirəm ki, qiymətlər qaldırılmamalıdır. Əgər Bakı Nəqliyyat Agentliyi (BNA) daha çox pul qazanmaq məqsədi ilə bu addımı atmaq istəyirsə bu doğru deyil. Pandemiya zamanı bu cür məsələrə toxunmaq qəti yolverilməzdir.İnsanlarımıza imkan verin yaşasın. Dövlətin diqqəti hər zaman iqtisadiyyatın üzərində olmalıdır. Amma bu o demək deyil ki, çoxlu məmur yaratmalıyıq ki, nəzarət etsin. Harada məmur çoxdursa, orada korrupsiya qapıları açıq olur".
Deputat qeyd edib ki, hörmətli həmkarım Əli Məsimli efirdə və bir neçə yerdə qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin şəhərdə olan 500-600 işçisi tülkü kimi maşınları çəkib qaçırlar:
"Başa düşə bilmirəm ki, onlar maşını tülkü kimi niyə çəkib qaçırlar? Deyir aptekin qarşısında saxlamışam çıxıram ki, BNA-nın nümayəndəsi maşının şəkilini çəkib qaçır.
Onlar əgər qanunla işləyirlərsə niyə şəkili gizlin çəkib qaçırlar? Mən BNA-nın işçilərini "partizan" adlandırıram. Mən də maşınların hər yerdə saxlanılmasının əleyhinəyəm. Çünki bəzən tıxaca səbəb olur. Hesab edirəm ki, iaşə obyektlərinin və apteklərin qarşısında olan məlumat tablolarında maşınların neçə dəqiqə saxlanılması ilə bağlı məlumat olmalıdır. Yaxud da saat neçədən sonra maşınların saxlanılmasına qadağa olması ilə bağlı bütün məlumatlar qeyd edilməlidir.
Daha bu formada tülkü kimi çəkib qaçmaq olmaz. Bu partizanlıqdır. "Partizan"lar əvvəl belə edirdi. Əvvəllər onlar əməliyyatı yerinə yetirib qaçırdılar. O zaman bu müharibə üçün lazım idi. Bu gün BNA bunu niyə belə edir, anlamıram. Çəkirsənsə qanuni şəkildə çək. Səbəbini də vətəndaşa izah elə.
İnsan axşam saat 8-də işdən çıxıb evə gəlir. Təbii ki, vətəndaşlarımızın maşınlarını evinin qarşısında saxlamaq hüququ var. Bütün dünyada belə bir praktika var. Belə ki, axşam saat 8-dən səhər saat 7-yə kimi vətəndaşlar evlərin önündə maşınlarını saxlaya bilər. Hər kəsin axşam evinin qarşısında maşınını saxlamaq hüququ var. BNA işçiləri üçün zolaq rənglərinin fərqi yoxdur. Harda gəldi çəkib, qaçırlar. Pandemiya zamanı onların sayı azalma əvəzinə artır. Düzdür, BNA tərəfindən təqdirə layiq işlər də görülür. Müəyyən düzəlişlər var. Amma tülkü kimi çəkib cərimələrdən yığılan pullar hara gedir? Biz bununla da maraqlanacağıq.
Bir qurup deputat Hesablama Palatasına müraciət edəcəyik ki, bizə məlumat versinlər ki, bu cərimələrdən büdcəyə nə qədər pul yığılır. İkinci narazılıq doğuran məsələ yolların daralmasıdır. Darlaşan yollarda son 2-3 ayda nə qədər yol qəzaları olub. Adını qoyurlar ki, BNA bunu beynəlxalq standarlara uyğunlaşdıraraq piyada yolunu artırır. Bu hansı standartdır? Təlimatdırsa, bu barədə ictimaiyyətə məlumat versinlər. İşlər şəffaf şəkildə yerinə yetirlimədir. Bu gün ölkə başçısı tələb edir ki, görülən işlər şəffaf şəkildə aparılmalıdır. İki maşın gedəndə bir-birinə dəyir. Bu cür addımların atılması məncə düzgün deyil".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar