Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sabahın hava proqnozu açıqlandı

Baxılıb: 685     Tarix: 23-09-2020 13:20   

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar