Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sabahın hava proqnozu açıqlandı

Baxılıb: 729     Tarix: 07-10-2020 13:30   

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.
Oktyabrın 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar