Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Lənkəranda yanğın: iki uşaq dünyasını dəyişdi

Baxılıb: 675     Tarix: 11-11-2020 12:48   
Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın - 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.
Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar