Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda "Xilaskar" ordeninin təsis edilməsi təklif olunur

Baxılıb: 847     Tarix: 20-11-2020 14:03   

Azərbaycanda "Xilaskar" ordeninin təsis edilməsi təklif olunur.
Qanunvehedef.az verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O bildirib ki, həmin orden Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təqdim olunsun.
Digər deputatlar da F.Ağamalının təklifini dəstəkləyiblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri çox böyükdür: "Düşünürəm ki, sizin bildiriyiniz bu məsələ ayrı bir iclasın mövzusu ola bilər".
Deputat Siyavuş Novruzov isə bildirib ki, "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adının əsasnaməsində bu adın ilk olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə verilməsi qeyd edilsin.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar