Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Lionel Messi Çempionlar Liqasında rekorda imza atdı

Baxılıb: 827     Tarix: 29-10-2020 11:12   

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.
Qanunvehedef.az yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.
Təcrübəli forvard G qrupunun II turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştianu Ronaldudan (38 məhsuldar ötürmə) geri qalır.
Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar