Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qarabağ"ın hücumçusu: "Daha güclü qayıdacağıq"

Baxılıb: 809     Tarix: 30-10-2020 11:43   

"Qarabağ"ın futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına uduzduqları görüş barədə fikirlərini bölüşüb.
Qanunvehedef.az-ın məlumatına görə, 23 yaşlı hücumçu bu barədə "Instagram" hesabında paylaşım edib.
Ağdam təmsilçisinin yeganə qoluna imza atan qanalı forvard istədikləri nəticəni qazana bilmədiklərini yazıb: "İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqası turnirində ilk dəfə qol vurduğum üçün xoşbəxtəm. Gələn həftə döyüşə davam edəcəyik və daha güclü qayıdacağıq".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir. Ölkə çempionu III turda səfərdə "Sivasspor"la üz-üzə gələcək. Noyabrın 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar