Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qarabağ” bəyanat yaydı

Baxılıb: 824     Tarix: 01-11-2020 15:15   

“Qarabağ” futbol klubu Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayıb.
Qanunvehedef.az klubun bununla bağlı yaydığı bəyanatın mətnini təqdim edir:
“Bildirmək istərdik ki, "Qarabağ" Futbol Klubu hər zaman idman prinsiplərinə, ali futbol qurumu olan UEFA-nın Ədalətli Oyun (Fair Play), İrqçiliyə yox (No Racism) və digər bütün qaydalarına riayət edir, eyni zamanda, Azərbaycanın ərazi haqqı və bütövlüyünü dəstəkləməkdə möhkəmdir. İşimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur. Biz düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqının illər boyu çəkdiyi əziyyətini beynəlxalq səviyyədə məlumatlandırmaq üçün ən yaxşı dinc vasitədir. Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, milliyyətindən asılı olmayaraq mülki şəxslərə edilən hər hansı bir hücumu pisləyir, Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayırıq. Bu hücumlar nəticəsində günahsız mülki şəxslərin dağıntılarına, itkilərinə və əzablarına beynəlxalq cavab tələb edirik.
"Qarabağ" Futbol Klubu olaraq mənəvi, humanist dəyərlərimizə, insanlığın birliyinə və həyatın müqəddəsliyinə inamımıza bağlılığımıza sadiq qalırıq. Bu inam kökləri milli mədəniyyətimizdə, böyük filosofumuz İmaməddin Nəsiminin şeirlərində, komanda üzvlərimizin hər birinin ürəyində tapır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər