Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan cüdoçusunun Ukraynadakı evini vurublar: "Pəncərələr sınıb, oranı tərk etmişik"

Baxılıb: 224     Tarix: 04-03-2022 11:02   

"Biz İrpen şəhərində yaşadığımız binanın birinci mərtəbəsində qalırdıq. Məhz həmin evi vurublar".
Bunu Oxu.Az-a Azərbaycan cüdoçusu İrina Kindzerskayanın həyat yoldaşı Həmid Əliyev deyib.
O, İrina Kindzerskaya ilə birgə yaşadığı Kiyev vilayətinin Buça rayonunda yerləşən İrpen şəhəri atəşə tutularkən evlərinin zərər gördüyünü bildirib. Həmid Əliyevin sözlərinə görə, hazırda evlərini tərk ediblər:
"Binamızın qaz borusunu vurublar. Partlayış olub. Bizim ev zərər görüb. Pəncərələr sınıb. Amma şükür Allaha, özümüz sağıq, həmin vaxt evdə olmamışıq. Mənzilin açarını qonşulara vermişik. Nəsə olsa, bizə deyəcəklər. Hazırda yoldayıq. İrina da özünü pis hiss edir. Mənəvi cəhətdən onu sakitləşdirməyə çalışıram".
O bildirib ki, qalmaq üçün ev problemləri olmayacaq: "İrinanın doğulduğu Xmelnitski vilayətinin Dunayevtsı şəhərinə gedirik. Komendant saatına görə birbaşa ora gedib çata bilməmişik. Dünən gecəni Jitomir vilayətinin bir kəndində keçirmişik. Ukraynalılar bizə yeyib-içmək, qalmağa yer verdilər. Bir qəpik də almadan maşının çənini benzinlə doldurdular".
Həmid Əliyev yaşadıqları İrpen şəhərində başqa obyektlərin də ciddi zərər gördüyünü bildirib:
"Mənim məşq keçdiyim cüdo zalının 40 metr aralığında yerləşən binanın beşinci mərtəbəsini də vurublar. Bizim bina ilə üzbəüz yolda yerləşən binaya da raket atıblar. Həmçinin yaxınlıqdan atışma səsləri gəlirdi".
Qeyd edək ki, cütlüyün Bakıda evi yoxdur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar