Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb

Baxılıb: 419     Tarix: 20-03-2022 13:13   

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
Qanunvehedef.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna "Neftçi" klubu nail olub.
"Ağ-qaralar"ın daha üç futbolçusu Premyer Liqanın cari mövsümündə qol hesabını açıb. XX turda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gələn komandanın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunda çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. "Neftçi" 2008/09 mövsümündə "İnter"in (indiki "Keşlə") rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşayıb.
Son ölkə çempionunun əvvəlki rekordu 16-ya bərabər olub. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. "Ağ-qaralar"ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar