Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Qarabağ" 40-cı böyükhesablı səfər qələbəsini qazanıb

Baxılıb: 417     Tarix: 20-03-2022 13:37   

"Qarabağ" Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər qələbəsini qazanıb.
Qanunvehedef.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XX turuna təsadüf edib.
"Zirə"ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Ağdam təmsilçisi bunadək 39 dəfə səfərdə üç və ya daha çox top fərqilə qalib gəlib.
"Qarabağ" ölkə çempionatları tarixində rəqib meydanında 418 dəfə qüvvəsini sınayıb. Ağdamlılar qonaq qismində ilk böyükhesablı qələbəsini 1992-ci il iyunun 29-da əldə edib. Həmin gün Kürdəmir "Şirvan"ı ilə qarşılaşan "Qarabağ" üç cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə 40 və ya daha çox matçda belə qələbə qazanan ikinci komandadır. Yalnız "Neftçi"nin aktivində daha çox böyükhesablı qalibiyyət var.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar