Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əşrəf Aşırovdan erməni idmançı üzərində təmiz qələbə - Yenilənir

Baxılıb: 455     Tarix: 28-03-2022 15:05   

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Qanunvehedef.az xəbər verir ki, ilk gündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq.
Belə ki, 57 kq-da Əliabbas Rzazadə ispaniyalı Levan Metreveli ilə qarşılaşacaq.
3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev 1/4 finaldan mübarizəyə start verəcək. Onun rəqibi Munir Aktaş (Türkiyə) və Kuentin Stiker (Fransa) görüşündə müəyyənləşəcək.
70 kq-da Zirəddin Bayramov  1/8 finalda yerli idmançı Daniel Antalla mübarizədən qalib ayrılmağa çalışacaq.
79 kq çəkidə Əşrəf Aşırov ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.
97 kq-da Məhəmmədxan Məhəmmədov litvalı Lukas Krasauskasdan üstün olmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
***
Zirəddin Bayramov Daniel Antalla görüşdən qalib ayrılıb. O, 10:6 hesablı qalibiyyətə sevinib.
***
Əşrəf Aşırov 1/4 finalda ermənistanlı Armen Avaqyanla üz-üzə gəlib. İdmançımız rəqibinə göz açmağa imkan verməyib - 10:0.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar