Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rəşad Sadıqovdan etiraz, Samir Abasovdan etiraf - Video

Baxılıb: 188     Tarix: 04-04-2022 10:43   

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Neftçi” və “Zirə” üz-üzə gəlib.  Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, dramatic keçən matç 2 qol və qırmızı vərəq ilə yadda qalıb. 
Oyundan sonra baş məşqçilərin açıqlamaları da diqqət mərkəzində olub. Rəşad Sadıqov daha çox hakimlərə etiraz edibsə, Samir Abasov komandasının meydanda zəif olduğunu etiraf edib.
Həmin açıqlamaları təqdim edirik:
Samir Abasov: “Əfsuslar olsun ki, öz komandam adına maraqlı bir şey deyə bilmərəm. “Zirə” bizdən üstün və yaxşı idi. Biz isə öz növbəmizdə heç nə göstərə bilmədik. Ayrı-ayrılıqda futbolçular da bir şey göstərə bilmədi. Çalışıram ki, bu vəziyyəti anlayım. Artıq ikinci ildir, belə hallarla rastlaşırıq. Milli pauzadan sonra yığmadan gələnlərin performansında yerlə-göy qədər fərq olur. Komandamıza təsir edir. Nəsə oynayasan ki, danışasan. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıqov məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi. Ümumiyyətlə, biz bu gün meydanda yox idik. Komanda oynamırsa, başda baş məşqçi günahkardı. Eddi qırmızı aldı deyə xal itirdik demək düz deyil. Bizik günahkar. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram vəziyyəti anlayım. Keçən il əla gedirdik. Milliyə futbolçular getdilər, gəldilər “Sumqayıt”a 0:2 uduzduq. Bu, baş verir. Maltaya, Latviyaya uduzublar, tənqidlər var idi. Bəlkə də onlar oynamalı deyildi bu gün. Mənim günahım var burada. Bəs yaxşı, digərləri oynasa, onların yerini verəcəklər? Bu da sualdı. Mirabdulla Abbasov bizə lazım deyil. Ona görə əvəzedici heyətə göndərmişik.  Son aylarda Emin Mahmudovun performansında düşüş var. Hansı ki, komandaya təsir edir. Bəlkə də keçən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadır. Bu günləri “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir”.



Rəşad Sadıqov: “60-cı dəqiqəyə qədər oyun bizim üstünlüyümüz şəraitində keçirdi. Bezerranın qol epizodundan başqa rəqibə üstünlük vermirdik. Yaxşı, sürətli hücumlar oldu. Azlıqda qaldıq və taktiki dəyişiklik etdik. Futbolçularım intizamlı, ağıllı futbol oynadılar. Belə məqamda yaxşı qol vurduq. Qələbəyə yaxın idik. Sadəcə sonda penalti vuruldu və iki xal itirdik. Oyunun gedişatı elə oldu ki, sonda buraxılan qol məyus edir adamı. Qarşıda vacib oyunlar var. Komandamın oyundan həzz aldım. Oyunun sonlarında əl alqışlarla hakimə etiraz etdim? Mesajlarım kimədirsə ad demək istəmirəm. Çıxışı yolumuz tribunaya etiraz etməkdir. O da aqressiyasız, təşəkkür edirik. Bu qədər maneələrlə, rəqibi fikirləşək, yoxsa nəyi fikirləşəsən. İnanırsız, 50-ci dəqiqədən Coşqunu çıxarmaq istəyirdim. Köməkçi ilə danışırdıq ki, Coşqunu çıxaraq. "Qəbələ” ilə oyunda 65-ci dəqiqədə həmin epizod sarılıq idi, yoxsa bu epizod? Hər dəfə danışırıq. Futbolu tək pul üçün oynamamışam. Ondan önəmli işlər olub. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da zövqlə gedərdim. Yorulmuşam oyundan qabaq futbolçularla hakimlik haqda danışmaqdan”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar