Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mahir Emreli aldığı zərbədən sonra səhhəti və ilk qolu barədə danışıb

Baxılıb: 147     Tarix: 11-04-2022 15:18   

"Riyeka" ilə Xorvatiya çempionatının XXX tur matçında sifətindən zərbə alan "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin durumu qənaətbəxşdir.

Bu barədə "Report"a "Dinamo"da ilk qolunu vuran 25 yaşlı hücumçunun özü açıqlama verib. O bildirib ki, zərbədən sonra başında ağrılar olub: "İndi isə baş ağrısı keçsə də, çənəmdə ağrılar qalıb".

Emrelinin sözlərinə görə, "Dinamo" ilə təlim-məşq toplanışı keçməməsi, formaya düşdükdən sonra isə yenidən zədələnməsi ona çətinlik yaradıb. Yeni komandasında ilk qolunu vuran forvard buna sevinsə də, qələbə qazanmalarını daha vacib hesab edib: "Ağır oyun idi. Ümumiyyətlə, Xorvatiya liqasında hər bir matç çox gərgin keçir. Bütün rəqiblər dişlidirlər, çempionatda rəqabət də böyükdür. Ona görə hər görüşə maksimum dərəcədə konsentrasiya və motivasiya ilə çıxmaq istəyirik. Qol mənim üçün vacib idi, amma bundan daha önəmli komandanın qələbəsidir. Bunu da qazandıq".

Azərbaycanlı hücumçu tədricən formaya düşdüyünü diqqətə çatdırıb: "Qarşıda oyunlar var. Yavaş-yavaş formaya düşə bilirəm. Hələ də komandaya uyğunlaşmağa çalışıram. Yeni komandaya tezliklə uyğunlaşmaq asan deyil. Komanda yoldaşlarıma, baş məşqçiyə, azarkeşlərə və xalqıma məni dəstəklədiyi üçün təşəkkür edirəm. Çalışacağam ki, bundan sonra daha çox məşq edim və komandama faydalı olum".

Qeyd edək ki, "Riyeka" ilə görüşdə meydana 57-ci dəqiqədə girən Mahir Emreli 79-cu dəqiqədə bərabərlik qolunun müəllifi olub. O, 87-ci dəqiqədə sarı vərəqə alıb. 89-cu dəqiqədə isə azərbaycanlı futbolçunun sifətinə dirsək zərbəsi endirən "Riyeka"nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərib.

Qanunvehedef.az

шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar