Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yüksək Liqada mövsümün son matçlarının vaxtı açıqlandı

Baxılıb: 420     Tarix: 19-04-2022 12:25   

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünün başa çatacağı vaxt bəlli olub.
Qanunvehedef.az xəbər verir ki, 4 dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.
Günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.
“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək 20-ci turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” və MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.
Qeyd edək ki, 19 turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar