Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kənan Babayev Avropa çempionatının finalında

Baxılıb: 259     Tarix: 20-04-2022 16:25   

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında yarımfinal döyüşlərinə start verilib.
Qanunvehedef.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb.
Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. 48 kq çəki dərəcəsində baş tutan döyüş Babayevin qələbəsi ilə yekunlaşıb. O, rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Qeyd edək ki, Kənan sabah keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.шаблоны для dle 11.2