Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan kubokunun finalçıları bəllidir

Baxılıb: 248     Tarix: 27-04-2022 10:04   

Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçirilib.
Qanunvehedef.az xəbər verir ki, hər iki oyun Bakı İdman Sarayında baş tutub.
Əvvəlcə Birinci Liqa təmsilçiləri üz-üzə gəlib. “Alyans Qrup” “Forza Neftçi” ilə qarşılaşıb. “Alyans Qrup” bu oyunda minimal hesabla qalib gələrək ilk finalçı olub.
Daha sonra Yüksək Liqanın iki iddialı komandası final uğrunda mübarizə aparıb. “Neftçi” ilə EKOL-un qarşılaşmasında həm əsas, həm də əlavə vaxt qolsuz başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Neftçi” finala yüksəlib.
Beləliklə Azərbaycan kubokunun final matçında “Alyans Qrup” və “Neftçi” İK komandaları qarşılaşacaq. Həlledici görüşün tarixi və yeri hələ müəyyənləşməyib.
Azərbaycan kuboku
Yarımfinal
26 aprel
"Alyans Qrup" – "Forza Neftçi" - 1:0
Qol: Elçin Zeynalov, 1:14
"Neftçi" İK – EKOL - 2:2 (penaltilər - 4:2)
Qollar: İlkin Hacıyev, 16:20, Tofiq Mikayılov, 18:59 (öz qapısına) – Mehdi Rəsulov, 13:11, Əsgər Abasov, 16:52шаблоны для dle 11.2