Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanın 6 cüdoçusu AÇ-də mübarizəyə başlayacaq

Baxılıb: 227     Tarix: 29-04-2022 10:02   

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı start götürəcək. Qanunvehedef.az xəbər verir ki, Azərbaycan təmsil edən 6 cüdoçu məhz bu gün yarışa qatılacaq. 
60 kq çəki dərəcəsində Balabəy Ağayev ilk görüşündə yunanıstanlı Savva Karakizidi ilə üz-üzə gələcək. Onunla eyni çəkidə mübarizə aparan Əhməd Yusifov isə ispan Riko Bernabeudan üstün olmağa çalışacaq.
66 kq-da Yaşar Nəcəfov 1/16 finalda moldovalı Radu İzvoryanu səddini keçməyə cəhd göstərəcək. İbrahim Əliyev isə israilli Tal Flikerlə qarşılaşacaq.
Qadınların yarışında Şəfəq Həmidova 1/8 finalda ispan Xuliya Fiqeroa ilə münasibətlərə aydınlıq gətirəcək. Ramilə Əliyeva isə portuqaliyalı Katarina Koştanı məğlub etmək üçün yarışacaq.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar