Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

FİFA prezidenti “Qarabağ”ı təbrik etdi

Baxılıb: 359     Tarix: 11-05-2022 11:05   

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, bu münasibətlə o, AFFA prezidenti Rövnəq Abdullayevə məktub yollayıb.
Məktubda Ağdam klubunun 9-cu çempionluğu qeyd edilib:

“Qarabağ” FK-ya təbrik
 
Hörmətli prezident,
 
“Qarabağ” FK-nı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!
 
Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın.
 
Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.
Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
Gianni İnfantinoшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar