Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan cüdoçusu nüfuzlu beynəlxalq mükafata layiq görüldü

Baxılıb: 396     Tarix: 18-06-2022 17:41   

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə komitənin təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi olub.
Mərasimdə Azərbaycanın böyüklərdən ibarət milli yığma komandasının üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Dünya Ədalətli Oyun” mükafatı təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir.
Mükafatlandırma zamanı qeyd edilib ki, S.Mollayi bu dəyərləri mənimsəməklə yanaşı, bütün karyerası boyu ədalətli oyun ruhunu nümayiş etdirən və tək cüdo üzrə deyil, bütün idman növləri üzrə idmançılara nümunə olan atletdir.

 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar