AFFA millinin baş məşqçisi ilə yolları ayırdı
 Baxılıb: 488     Tarix: 21-06-2022 15:54    
    
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.
Qanunvehedef.az AFFA-nın saytına istinadən xəbər verir ki, onun müqavilə müddəti başa çatdığı bildirilib. Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.
 Ən çox oxunanlar
 Son xəbərlər





















