Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Hər şey pul olsaydı, Bakıya gəlməzdim” - “Neftçi”nin yeni çalışdırıcısı

Baxılıb: 400     Tarix: 22-06-2022 15:04   

“Neftçi” yeni baş məşqçisi Laurentsiu Regekampfı təqdim edib.

Qanunvehedef.az xəbər verir ki, bu gün “Bakcell Arena”da çalışdırıcının mətbuat konfransı keçirilib.

O, əvvəlcə fikirlərini bildirib: “Bu gündən “Neftçi”də işimə başlayıram. Əminəm ki, bütün heyətlə bərabər klubu layiqli yerlərə gətirəcəyik.

Əlbəttə ki, Konfrans Liqasında uğur qazanmaq istəyirik. Ölkə çempionluğu uğrunda da mübarizə aparacağıq. Asan olmayacaq, amma bunu etməyə çalışacağıq”.

- Konfrans Liqasındakı oyununuza az vaxt qalıb. Komandanı hazır vəziyyətə gətirə biləcəksiz?

- Çox az vaxt var. Milli komandanın oyunçuları da gec qoşulacaq heyətə. Digər futbolçular buradadır. İyulun 1-də məşqlərə tam başlayacağıq. Mən bura gəlməmişəm ki, vaxtla bağlı şikayətlər edim. Hər zaman bu baxımdan çətinliklər olacaq.

- Komandanın yerli qapıçılarından olan Rəşad Əzizli qalacaq, yoxsa legioner qapıçı gələcək?

- Bu mövzuda suallara cavab verə bilmərəm. Bu gündən etibarən istədiyimiz komandanı qurmaq istəyirik. Biz tərəfdən tez bir zamanda mesaj alacaqsınız. Həm komanda, həm yeni oyunçular haqda.

- Köməkçi məşqçilər arasında yerlilər olacaq?

- Mənim bütün köməkçilərim buradadı. Əvəzedici heyətin baş məşqçisi ilə çox yaxın əməkdaşlıq edəcəm. Çünki klubda hər bir gənc haqda məlumat toplamalıyam. Əgər biz qərar versək ki, məşqçi heyətimdə yerli məşqçi də işləməlidi, bu mövzuda heç bir problem yoxdur.

- Rumıniya mətbuatı yazmışdı ki, 40 min avro qazanacaqsınız. Bu haqda nə düşünürsünüz? Deyilənə görə, sizə görə xüsusi büdcə ayrılacaq...

- Düşünürəm ki, müqavilə klubla mənim aramda olan məsələdir. Heç yerdə bu haqda danışmamışam. Mətbuat həmişə belədir, maliyyə elə mövzudur ki, hamını maraqlandırır. Ona görə həqiqəti əks etdirməyən məqalələr dərc edirlər.

- Azərbaycandan təklif alanda vaxtilə “Xəzər Lənkəran”da işləmiş Mirça Redniklə danışdınız?

- Xeyr, onunla danışmamışam. Çünki buna ehtiyac yoxdur. “Neftçi” ölkənin ən önəmli klublarındandır. Mənim hər komandaya daha yaxşı yanaşmam var.

- “Neftçi”də hansı taktiki düzülüşdən istifadə edəcəksiz?

- Bu, önəmli amildir. Biz hücumameyilli futbol oynayacağıq. Futbol fəlsəfəm odur ki, komandam daim topa sahib olsun. Aqressiv və kontakt olan futbolu bəyənirəm. Qarşıda bunun üzərində işləyəcəyik. Oyun formatı haqqında ağlımdakı hər şeyi bilirəm.

- Azərbaycan çempionatında limit var. Bu ona problem yaratmayacaq?

- Nə qədər çox əcnəbi lazımi futbolçular gəlsə, bu daha yaxşı olacaq. Yerli futbolçular da üzərlərində daha çox işləyəcəklər. Eyni zamanda yerli futbolçuların səviyyəsi yaxşı olacaq. Media önündə heç zaman şikayətlənməyəcəm. Şikayət etdiyimi görməyəcəksiz. Hakimlərdən narazılıq etməyi də xoşlamıram. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim.

- “Neftçi” rəhbərliyinin hansı şərtləri sizi qane etdi?

- Bayaq da dedim ki, “Neftçi” böyük klubdur və hədəfləri var. Böyük işlər görmək lazımdır. Hər şey pul deyil. Hər şey pul olsaydı, mən bura gəlməzdim.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar