Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” Bakıda “Lex”lə cavab oyununa çıxır

Baxılıb: 265     Tarix: 12-07-2022 10:13   

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ” cavab görüşünə çıxacaq.
Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək. Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.
Cütün qalibi ÇL-də mübarizəni ikinci təsnifat mərhələsinə adlamaqla davam etdirəcək. Rəqib İsveçrə çempionu “Sürix” olacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar