Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

Baxılıb: 439     Tarix: 14-07-2022 12:31   

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya)
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
"Jalgiris" (Litva) - "Malmö" (İsveç)
Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)
"Apollon" (Limassol, Kipr)
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
Liqa Yolu
Səpələnmişlər

"Benfika" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
"Monako"
"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
"Şturm" (Qrats, Avstriya)
"Yunion" (Belçika)
Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər