Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mesut Özil "Fənərbaxça"dan getdi, bu klubla anlaşdı

Baxılıb: 692     Tarix: 14-07-2022 15:15   

Məşhur futbolçu Mesut Özil "Fənərbaxça" ilə yollarını ayırıb.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir klubdan ayrılacağı deyilən yarımmüdafiəçi "sarı-lacivərdlilər"lə müqaviləsini rəsmi şəkildə ləğv edib.
Artıq onun yeni komandası da məlumdur. Belə ki, Özil bu gün İstanbul təmsilçisi "Başakşehir"lə müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.
Qeyd edək ki, Mesut 2021-ci ilin yanvarında İngiltərə "Arsenal"ından "Fənərbaxça"ya transfer olunmuşdu. O daha öncə İspaniyanın "Real Madrid" klubunda çıxış edib.
M.Özil əslən türk olsa da Almaniya millisinin heyətində çıxış edib, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar