Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu gün AFFA-da püşk atılacaq

Baxılıb: 525     Tarix: 15-07-2022 13:12   

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq.
AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.
Son altı mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. "Qarabağ", "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Keşlə", "Sumqayıt" və "Səbail" komandaları ilə yanaşı, "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.
Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar